Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanası oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə “Aşıq Ələsgərin söz  dünyası” adlı onlayn ədəbi-bədii gecə keçirilib. Kəlbəcər rayon MKS-nin 1 saylı şəhər kitabxana filialında isə “Aşıq Ələsgərin saz, söz dünyası” adlı onlayn tədbir təşkil olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Gülnar Mehdiyeva Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kazan şəhərində keçirilmiş onlayn beynəlxalq musiqi müsabiqəsində I dərəcəli laureat adına layiq görülüb.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Mərkəzi kitabxanasının İtitala kənd kitabxana filialının oxu zalında “Narkomaniya ictimai bəladır” adlı dəyirmi masa keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin “Gənc rəssam” dərnəyinin üzvü Günel Cavadova Türkmənistanda keçirilən “Xoşbəxt uşaqlıq” adlı beynəlxalq onlayn uşaq rəsm müsabiqəsində (12-16 yaş kateqoriyası) 1-ci yerə layiq görülüb. Bu münasibətlə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və regional idarənin rəisi Fərid Qurbanzadə yeniyetmə rəssamla görüşüb, ona fəxri fərman və hədiyyə təqdim ediblər.