Azərbaycan Aşıqlar Birliyi (AAB) saz-söz sənəti və sənətkarlar haqqında müxtəlif nəşrlər, kitablar ərsəyə gətirməklə yanaşı, klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər də hazırlayır.
AAB-nin növbəti audiodiskində qadın aşıqlar arasında özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” folklor qrupunun rəhbəri Gülarə Azaflının ifaları yer alıb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlı diskdə 40-a yaxın aşıq havası yer alıb.
AAB-nin katibi qeyd edib ki, ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcək.