Finlandiyanın paytaxtı Helsinkidə açılan kitabxanada kinoteatr və səsyazma studiyası da fəaliyyət göstərir.
“ALA Architects” studiyasının layihəsi ilə hazırlanan və “kitab cənnəti” adlanan kitabxananın sahəsi 17 min kvadratmetrdir. Burada təxminən 100 min kitab var, qalan yerlər isə oxu və sərgi salonları, eləcə də səsyazma studiyası üçün ayrılıb.
Bina ən yeni avadanlıqla təchiz olunub, bunun sayəsində oxucuların 3,4 milyon kitaba çıxışı var, sadəcə, onlayn müraciət etmələri lazımdır.