“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu və ASAN Radio tərəfindən “Ədibin Evindən hekayələr” adlı birgə media layihəsi həyata keçirilir.

Layihənin ilk buraxılışı 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilib. ASAN Radionun efirində ölməz şair Mikayıl Müşfiqün qələmə aldığı “Şəngül, Şüngül, Məngül” nağılı səsləndirilib. Uşaqların sevimli nağılını Azərbaycan Dövlət Yuğ Teatrının aktyoru Elgün Həmidov qiraət edib.

“Ədibin Evindən hekayələr” layihəsinin məqsədi rəqəmsal mühitdə gənc nəsli oxuya həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid əsərlərini tanıtmaqdır.

“Ədibin Evi” görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə Bakıda, İçərişəhərdə yaşadığı ünvandır.  2017-ci ildə ev bərpa edilərək mədəniyyət ocağı kimi istifadəyə verilib.  2021-ci ildən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərir.

Kitab qədər sadiq dost yoxdur! Sizi “Ədibin Evindən hekayələr” layihəsini izləməklə yeni sadiq dostlar qazanmağa dəvət edirik.

“Ədibin Evindən hekayələr”in ilk buraxılışı bu linkdə: https://www.facebook.com/ASANRadio/videos/5543575345712871/