İyunun 8-də Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhi və nümayəndəliyin mədəniyyət attaşesi Teyfik Ulual Azərbaycan Dövlət Tərcümə Mərkəzində olublar.

Görüş zamanı mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Türkiyə ədəbiyyatı nümunələri – 2017 və 2018-ci illərdə Azərbaycanda nəşr olunmuş “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya və nəsr) kitabları ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Şimali Kipr ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Dövlət Tərcümə Mərkəzininİdarə Heyətinin sədri Afaq Məsud deyib: “Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var. Şimali Kipr  yazarlarının, rəssam və bəstəkarlarının əsərləri dünyanın aparıcı kitabxanalarında, sərgilərində yer almaqdadır. Bu nümunələrin Azərbaycanda da tanıdılması qarşımızda duran vəzifələrdən biridir”.