Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

İclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev dövlət başçısının may ayında Şuşa və Ağdama səfərləri zamanı aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyini, təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini diqqətə çatdırıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər və digər məsələlərə dair məruzələr dinlənilib, müvafiq tapşırıqlar verilib.