Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım, Prezident İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya səfər edib həm görüşlər keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.

Türkiyə Prezidenti əlavə edib ki, dost və qardaş Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi, Ermənistan da daxil olmaqla, bölgədəki bütün tərəflər üçün yeni imkanlar açır.

Ərdoğan Bakıda Azərbaycan Prezidenti ilə birlikdə futbol üzrə Avropa çempionatının Türkiyə-Uels oyununu (16 iyun) izləyəcəyini də deyib.