Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Art management” layihəsi çərçivəsində iyunun 15-də saat 20:00-da “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda növbəti onlayn treninq – vebinar keçiriləcək. Vebinarı qalereyanın direktoru Qalib Qasımov aparacaq.

“Zoom” tətbiqi vasitəsilə keçirilən treninqlərdə iştirak etmək istəyənlər qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) qalereyanın elektron poçt ünvanına müraciət edə bilərlər.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Xatırladaq ki, layihə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə həyata keçirilir.