Dünyanın ən bahalı markası satılıb
Dünyanın ən köhnə filateliya distribüteri olan “Stanley Gibbons” şirkəti (İngiltərə) “Sotheby’s” hərrac evində satışa qoyulan ən bahalı marka əldə edib. “İngilis Qvianası” adlanan marka şirkət tərəfindən 8,3 milyon dollara alınıb.
Şirkətin yayımladığı açıqlamada bildirilib ki, 1 sent nominal dəyərində olan marka Londonun mərkəzində yerləşən Strend küçəsindəki mağazada nümayiş etdiriləcək.
Qırmızı rəngə boyanmış səkkizbucaqlı markanın üzərində 3 dor ağaclı gəmi təsvir olunub. Qara hərflərlə koloniyanın latın dilində şüarı yazılıb – “Damus Petimus Que Vicissim” (“Veririk və almağa ümid edirik”).
Qeyd edək ki, “Filateliya şahzadəsi” kimi tanınan “İngilis Qvianası” 1856-cı ildə çap olunan markalardan olub. Londonda həmin vaxt yerli poçt tərəfindən müxtəlif nominalda 3 seriyada marka buraxılıb. Onlardan ən ucuzu, 1 sentlik seriyadan olan “İngilis Qvianası” indiyə qədər qalan yeganə markadır.