M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvi – 880” adlı elektron xülasə hazırlayıb.

Xülasənin hazırlanmasında məqsəd geniş istifadəçi kütləsini dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir.

Elektron xülasədə dahi görkəmli söz ustadı haqqında 2017-2021-ci illərdə (bu ilin may ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş 150-dən artıq məqalə seçilərək istifadəçilərin diqqətinə çatdırılıb.

Elektron mənbədə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Xülasə ilə bu linkdə tanış olmaq olar: http://anl.az/down/Nizami.Gencevi.pdf