Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni “Muzeydə görüşürük” layihəsini həyata keçirir.

Bu silsilədən ilk olaraq muzeydə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, beynəlxalq müsabiqə laureatı, pianoçu Səbinə Bəylərbəyovanın kursunda oxuyan uşaqların konserti və Əməkdar artisti Bəhram Bağırzadə ilə görüş təşkil olunub.

Görüşü muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq gənc nəslin və uşaqların mənəvi tərbiyəsində, muzeyə maraqlarının artmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Tədbirin birinci hissəsində Səbinə Bəylərbəyovanın kursunun şagirdləri konsert proqramı ilə təqdim edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Sonra Bəhram Bağırzadə balaca pərəstişkarları ilə görüşüb. Alla Bayramova Bəhram Bağırzadəyə muzeyin nəşrlərini hədiyyə edib.