“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində filologiya üzrə elmlər doktoru, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın təqdimatında “Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin ərəb qaynaqları” mövzusunda onlayn elmi-praktik seminar təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, filologiya üzrə elmlər doktorları, professorlar – Rəhilə Qeybullayeva, Seyfəddin Rzasoy, Sənan İbrahimov və şərqşünas alim, dosent Əsmətxanım Məmmədovanın mövzu ətrafında çıxışları dinlənilib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin ifasında Nizami Gəncəviyə həsr edilmiş kompozisiya nümayiş olunub.