Rus ədəbiyyatının ”qızıl dövrü” XIX əsrin birinci yarısında başlanıb. Bu dövrün görkəmli nümayəndələrindən biri ədəbi tənqidçi, publisist, filosof Vissarion Qriqoryeviç Belinski olub. Cəmi 37 il yaşasa da, Belinski rus ədəbiyyatına böyük bir ədəbi irs qoyub.

Respublika Gənclər Kitabxanası gənc nəslin dünya klassiklərini tanıması, dünya ədəbiyyatı incilərinin təbliği məqsədilə xarici ədəbiyyat nümayəndələrinin yubileylərinə də diqqətlə yanaşır. Kitabxana Belinskinin 210 illiyi münasibətilə Azərbaycan və rus dillərində videoçarxlar və biblioqrafik icmalı hazırlayaraq izləyicilərə təqdim edib.

Rus dilində hazırlanmış video çarxların biri yazı materialları əsasında, digəri isə səsli müşayiəti ilə hazırlanıb.

Azərbaycan dilində tərtib edilən biblioqrafik icmal rus ədəbiyyatının parlaq nümayəndəsi haqqında faktlar, Belinskinin aforizmləri, müəllifi olduğu əsərlərin annotasiyaları, xatirəsinin əbədiləşdirilməsi və digər materialları əhatə edir. Biblioqrafik icmalda rus dilində də materiallar təqdim olunub.

İzləyicilər materiallara kitabxananın saytında, sosial şəbəkə səhifələrində və “Youtube” kanalında baxa bilərlər.

https://www.instagram.com/p/CP7uWjPh9C7/

https://www.instagram.com/p/CP8ynpzhnIX/

https://www.youtube.com/watch?v=gAcI8nwaTxc

http://ryl.az/files/V.G.Belinski.pdf