Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar onlayn tədbir təşkil edib.

İyunun 12-də keçirilən “Xilas günü – Milli Qurtuluş” adlı tədbir ümummilli lider Heydər Əliyevin qürurlu səsi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” ifadələrinin səsləndirilməsi ilə başlayıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycanda müstəqilliyin ilk illərində siyasi hakimiyyətdə yaranan boşluqdan, vətənin ağır dövründə ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə Bakıya gəlməsi, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etməsindən danışıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımov mövzu ilə bağlı məruzə edib. Məruzəçi Heydər Əliyevin 1990-cı ildə Moskvadan Azərbaycana qayıdışı, Naxçıvanda Yeni Azərbaycan Partiyasını təsis edilməsi, 1993-cü ilin 15 iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı, daxili siyasi sabitliyi təmin etməsi, ölkənin bütün dünyaya inteqrasiyasını sürətləndirməsi, müstəqilliyi möhkəmləndirməsi sahəsində əvəzsiz xidmətlərindən söz açıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi çıxışında Heydər Əliyev fenomeninin böyüklüyü,  onun XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına ən fəal dövlət rəhbəri kimi daxil olması barədə danışıb.

Respublika Gənclər Kitabxanası sosial şəbəkələrdə  Milli Qurtuluş Günü ilə əlaqədar tədbirləri davam etdirir.