Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.

Prezidentin “Twitter” səhifəsində yayımlanan paylaşımda Ümummilli lider, Ulu öndər Heydər Əliyevin "Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir" sözləri qeyd olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstaqram” səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!".