Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

İyunun 14-də təşkil olunan tədbiri muzeyinn direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Ümummill lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlətinin xilası, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyətin də inkişafı, bu sahəyə göstərilən diqqət və qayğı haqqında danışıb.

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Muzeyin şöbə müdiri Xanım Abdinova “15 iyun – Milli Qurtuluş Günü” mövzusunda çıxış edib.

Tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster – Xalq artisti Munis Şərifov) konsert proqramı ilə davam edib.