İyunun 23-24-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclası keçiriləcək.
İclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri Aktoti Raimkulova, Qırğızıstan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edəcək.
Tədbirdə pandemiyadan sonra bu ölkələrdə turizm sahəsinin bərpa olunması, “Ziyarət turizmi” layihəsinin fəaliyyətə başlaması, üzv ölkələrin böyük şəhərləri arasında beynəlxalq aviasiya reyslərinin bərpası və bu istiqamətdə digər məsələlər müzakirə ediləcək.
Qonaqlar Fərqanə vilayətinin turizm sahələri, ziyarət turizmi imkanları, ekoturizm, vilayətin qastronomik potensialı ilə də tanış olacaqlar.