Bu gün dünyanın gözü Qarabağdadır. Bu baxımdan Qarabağdakı abidələrin bərpası  prioritetdir. Ancaq bu o demək deyil ki, regionlardakı digər abidələrimiz diqqətdən kənarda qalacaq.

Mədəniyyət naziri Anar Kərimov bu sözləri iyunun 14-də jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu istiqamətdə fəaliyyət üzrə plan və təkliflərimiz var: “Bu günlərdə biz Çıraqqala abidəsində olduq. Abidədə təmir və bərpa işləri aparılır. Bundan sonra da abidələrin bərpası nəzərdə tutulur.  Abidənin bərpa edilməsi məsələsində əsas meyar abidənin əhəmiyyəti, bugünkü vəziyyəti və turizm marşrutu üzərində olub-olmamasıdır.

Nazirə pandemiya dövründə teatrların açılması ilə bağlı sual da ünvanlanıb. Nazir diqqətə çatdırıb ki, bununla bağlı təkliflərimizi vermişik və müsbət rəylər alacağımızı gözləyirik. Dəqiq tarix deyə bilməsək də, teatrların açılma ehtimalı var.

LALƏ