İyunun 20-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi tamam oldu. Cahangir Cahangirov əsərləri ilə Azərbaycan musiqisinə çoxsaylı incilər bəxş edib.

O, solist, xor və simfonik orkestr üçün “Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli”, “Nəsimi” kantatalarının, “Sabir”, “Hüseyn Cavid – 59” oratoriyalarının, “Azad”, “Xanəndənin taleyi” operalarının və digər əsərlərin müəllifidir. Bəstəkarın çoxşaxəli yaradıcılığında xor musiqisi xüsusi yer tutur.

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Cahangir Cahangirov – 100” adlı sərgi hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə dahi bəstəkarın müəllifi olduğu əsərlər, həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolar və s. nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cahangir_Cahangirov_100/index.htm linkindən istifadə edə bilərlər.