Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS) Azərbaycan nümayəndəliyi və Xətai Sənət  Mərkəzinin təşkilatçılığı ilə iyunun 19-da akvarel sənətinə dair seminar (“Akvarel Workshop”) keçirilib.

Xətai Sənət Mərkəzində keçirilən tədbirdə akvarelçi rəssamlar Xasay Mirzəyev, Səbinə İskəndər, Pərviz Əliyev, Natalya Kornetova, İrina Saqan, Leyla Vazehi, Novruz Allahverdiyev, Hüseyn İskəndər, həmçinin, gənclərin incəsənətlə bağlı “Artistan” təşəbbüs qrupu iştirak edib.

Rəssamlar və həvəskar rəssamlar rəsm çəkməklə bərabər sulu boyanın sənətinin özəllikləri haqda fikirlərini bölüşüblər.

Tədbirin məqsədi ölkəmizdə sulu boya sənətinin inkişafına xidmət, həmçinin, bu texnika ilə çəkilən əsərlərə marağı artırmaqdır.

“Akvarel Workshop”u Xətai Sənət Mərkəzinin “Youtube” kanalı üzərindən izləmək olar: https://youtu.be/hQxbUfpdeCM