İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin tar ixtisası müəllimi, Vətən müharibəsi şəhidi Rauf Əliyevin doğulduğu evin qarşısında barelyefi qoyulub.
Mərasimdə millət vəkili Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov, Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Rauf Əliyevin valideynləri çıxış edərək övladlarının xatirəsinə göstərilən ehtirama görə təşəkkürlərini bildiriblər. Şəhid ailələri və qazilərin diqqətdə saxlanılmasına, qayğı ilə əhatə olunmalarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.
NURƏDDİN