Birləşmiş Ərəb Əmirliklərinin Şərca (Sharjah) Media Bürosunun təşkilatçılığı ilə “Xposure Beynəlxalq Fotoqrafiya və Film Mükafatları 2021” müsabiqəsi elan olunub.

İştirakçılar müsabiqədə memarlıq fotoqrafiyası, dron fotoqrafiyası, mənzərə fotoqrafiyası, fotojurnalistika, portret, qısa film və hərəkətli görüntü, səyahət fotoqrafiyası və təbiət fotoqrafiyası kateqoriyaları üzrə yarışacaqlar.

Əsas qalib üçün 3 min dollar və rəqəmsal kamera, kateqoriya qalibləri üçün 1500 dollar və rəqəmsal kamera, kateqoriya üzrə ikinci yerləri tutanlar üçün isə 750 dollar mükafat təyin olunub.

Ətraflı məlumat almaq bu linkdə: https://awards.xposure.ae/register/

***

Daha bir beynəlxalq fotomüsabiqə İtaliyanın Triest şəhərində yerləşən “dotART” mədəniyyət assosiasiyası tərəfindən elan olunub.

 “Triest Foto Gənci 2021 Fotoqrafiya Müsabiqəsi”nin iştirakçıları foto seçimində sərbəstdirlər. Küçə fotoqrafiyası, memarlıq fotoqraflığı və sosial reportajlara üstünlük verilir, eyni zamanda şəhər mühitinə orijinal və fərdi baxışlar ilə xarakterizə olunan keyfiyyətli fotolar da arzuolunandır.

Müsabiqənin dörd yarımfinalçısı finala qatılmaq üçün 3 gün Triest şəhərində qonaq olacaq. Qalibə 500 avro məbləğində “Amazon” kuponu veriləcək.

Əlavə məlumat almaq üçün: https://young.triestephotodays.com/en/