Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Elvira Məmmədovanın “Sehrli konsert” nağılı fars dilinə tərcümə edilib. Bu barədə Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran təşkilatının əməkdaşı – yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi F.Köçərli adına Respublika Uşaq Kitabxanasına məlumat verib.
“Sehrli konsert” nağılı Tehranda fəaliyyət göstərən “Həmşəhri” nəşriyyatının “Baççeha” jurnalının 222-ci (iyun) sayında dərc olunub.
Xatırladaq ki, bu, Elvira Məmmədovanın jurnalda çap olunan ikinci hekayəsidir. “Baççeha”nın may ayı buraxılışında yazıçının “Zibil qabının arzusu” hekayəsi dərc edililmişdi.
F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası üzvüdür. İBBY-yə üzvlük müxtəlif ölkələrin milli təşkilatları informasiya mübadiləsinə, səmərəli əlaqələrə də zəmin yaradır.