Oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının Təşkilat komitəsi festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq.
Festivalda uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək.
Təşkilatçılar builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş̧ ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.
Münsif olmaq istəyənlər müraciətlərini avqustun 15-dək animafilm.biaf@gmail.com e-poçt ünvanına göndərilməlidir.
Nəticələr avqustun 31-də www.animafilm.az saytında dərc olunacaq.