İşğaldan azad olunan bölgələrdə yaradılacaq kitabxanaların fondları üçün Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kampaniya davam edir. İyulun 12-də kitabtoplama aksiyasına AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev-Muzeyi də qoşulub.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən 174 adda 471 nüsxə, Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə olaraq Milli Kitabxanaya təhvil verilib.

Əlyazmalar İnstitutu və muzeyin əməkdaşları “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd ediblər.