Qobustan qoruğunda olublar

 

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki Humanitar fənlər təmayüllü gimnaziyada təşkil olunan “Qaliblər” düşərgəsinin iştirakçıları Qobustan Dövlət Tarix-Bədii Qoruğuna ekskursiya ediblər.

Uşaqlar Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Ziyarətçilər qoruq ərazisində Qobustan muzeyindəki eksponatlarla tanış olub, unudulmaz anlar yaşayıblar.

Qeyd edək ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün nəzərdə tutulan “Qaliblər” düşərgəsi “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi, Təhsil, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirlikləri, Sosial Xidmətlər, Bakı Nəqliyyat və Dövlət Turizm agentlikləri, digər dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə təşkil edilib.