Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin foyesində “Nizami yaradıcılığı rəsmlərdə” adlı sərgi-müsabiqə və “Bəşəriyyətin böyük arifi – Nizami Gəncəvi” başlıqlı kitab sərgisi təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində rayonun Nizami parkında rəsm sərgisi təşkil edib. Goranboy rayon Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda dəyirmi masa təşkil olunub.

Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi İli” ilə əlaqədar keçirilən tədbirdə mərkəzin rəhbərliyi və əməkdaşları, gənc könüllülər iştirak ediblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon MKS-nin 4 saylı şəhər kitabxana filialı rayonun Həsən bəy Zərdabi adına istirahət parkında “Dünyanın bir incisi, Nizaminin “Xəmsə”si” başlığı altında kitab sərgisi təşkil edib.

NURƏDDİN