Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən “52 il əvvəl başlayan uğur hekayəsi” adlı sərgi hazırlanıb, “Əsrimizin dühası – Heydər Əliyev” və “14 iyul: müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzularında tədbirlər təşkil edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev şəhərdə fəaliyyət göstərən bir qrup rəssamla görüş keçirib. Sumqayıt Dövlət Rəsm Qalereyasında reallaşan görüşdə Azərbaycan çağdaş təsviri sənətinin inkişafı, rəssamların yaradıcılıq axtarışları, Vətən müharibəsində Zəfərə həsr olunan sərgiyə hazırlıq və s. məsələlər müzakirə edilib. Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin 2-ci sinif şagirdləri Nigar Mustafayeva və Əli Məmmədli “Amerika nəşri” onlayn beynəlxalq müsabiqəsində fortepiano üzrə 1-ci və 2-ci yerlərə layiq görülüblər.

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illiyi münasibətilə “Aşıq ədəbiyyatının zirvəsi” adlı onlayn tədbir keçirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında “Mənim yay tətilim” başlığı altında sərgi təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı Xalq artisti, teatr və kino aktrisası Sədayə Mustafayevanın 95 illik yubileyi münasibətilə görüş təşkil edib. Goranboy şəhər Uşaq incəsənət məktəbinin hesabat konserti təqdim olunub.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin dövlət idarəçilik irsi” adlı ekskursiya təşkil olunub. Zaqatalanın Eyvaz Əlixanov adına Yengiyan kənd Mədəniyyət evində böyük satirik şair Mirzə Ələkbər Sabirə həsr olunmuş “Mənəvi sərvətimiz” adlı onlayn tədbir keçirilib. Balakən rayon Yeni Şərif kənd Sənətkarlıq evində “Narkomaniyaya yox deyək!” adlı dəyirmi masa keçirilib. S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində görkəmli kristalloqraf alim Xudu Məmmədovun (1927-1988) xatirəsinə həsr olunmuş “Ölümsüz həyat” adlı tədbir təşkil olunub. Qax rayon Əmbərçay kənd kitabxanasında “Saz-söz ustadı Aşıq Ələsgər” adlı tədbir keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət “Maraqlı dünyamız” adlı rəsm sərgisi təşkil olunub.

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı tədbir keçirilib. Astara rayon Heydər Əliyev Mərkəzində “Zəmanəmizin dahi şəxsiyyəti” mövzusunda videokonfrans keçirilib. Astara Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn rəsm müsabiqəsinə yekun vurulub. Astara rayonunun ümumtəhsil məktəblərini, Astara Dövlət Rəsm Qalereyası, Lənkəran və Qazax rəssamlıq məktəblərini təmsil edən 25 istedadlı gənc rəssamın əl işləri nümayiş etdirilib. Pərvin Qəhrəmanlı (Astara şəhər 1 nömrəli orta məktəb) I, Aysun Cümşüdova (Sərək kənd orta məktəbi) II, Nəzrin Qəhrəmanlı (Astara şəhər 1 nömrəli orta məktəb) III yerləri tutublar.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Siyəzən rayonunun Sədan kəndi olub. Tədbirdə kəndin adət-ənənəsi, sənətkarlıq, mətbəx nümunələri, hərbi-vətənpərvərlik mövzulu, eləcə də Nizami Gəncəvi və Aşıq Ələsgərlə bağlı nəşrlərdən ibarət kitab sərgisi nümayiş olunub.

NURƏDDİN