F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirdiyi onlayn viktorinanın qalibi müəyyən edilib.

Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, “Facebook” və “İnstagram” sosial şəbəkələri vasitəsilə yayımlanan viktorinaya çoxsaylı iştirakçı qatılıb.

Müəyyən olunmuş zaman çərçivəsində daha çox suala düzgün cavab verən 1994-cü il təvəllüdlü Bəxtiyar Apayev yarışın qalibi olub. O, 30 sualdan 26-na düzgün cavab yazıb.

Qalibə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə ediləcək.

Onlayn viktorinanın keçirilməsində əsas məqsəd Azərbaycanda milli mətbuat tarixini öyrənmək və mətbuatın cəmiyyətdə əhəmiyyətli rolunu vurğulamaqla, yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.