Dünya Gənc Türk Yazarlar Birliyi idarə heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı çap olunub.
Kitabda yer alan poeziya nümunələri müəllifin son illərdə yazdığı fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edir.
Yeni nəşrin ölkəmizdə və Türkiyədə təqdimatının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, əvvəlki illərdə İntiqam Yaşarın “İlk görüş”, “...və susarsan”, “Evdə yoxam” və “Bütün xatirələr sənə qalacaq” kitabları işıq üzü görüb.