Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, şairə-publisist, Yazıçılar Birliyinin üzvü Nəsibə İsrafilqızının və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı, Mərkəzi Kitabxananın informasiya dəstəyi ilə Qarabağ veteranları və qazilərlə Qurban bayramına həsr olunmuş görüşü əks etdirən videoçarx  hazırlanıb.

Sosial şəbəkə izləyicilərinə təqdim olunan videoçarx Vətənə, doğma yurda həsr olunmuş, qələbə ruhlu mahnı ilə müşayiət olunur: https://www.youtube.com/watch?v=BulPI0BHUvI

***

Yasamal rayon MKS-nin X.Natəvan adına 4 nömrəli kitabxana filialı da Vətən qəhrəmanlarımız haqqında silsilə videoçarxlar hazırlayır. Növbəti videoçarx Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş və Qazax rayonunda ilk könüllü döyüşçü qız olaraq yağı düşmənlərə qarşı döyüşmüş Vəfa Mansurova haqqındadır.

Kitabxananın əməkdaşı Esmira Zülfüqarovanın hazırladığı videoçarxda  “şəhidlərin qız qardaşı” adını almış Vəfa Mansurovanın keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında məlumat verilib, ona həsr olunmuş şeir səsləndirilib.