AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!“ layihəsi çərçivəsində muzey könüllülərinin Ağdam rayonuna ekskursiyasını təşkil edib.

Ekskursiyada muzeyin könüllüləri ilə yanaşı, 1 saylı Bakı “ASAN Xidmət“ mərkəzi və Bərdə “ASAN Xidmət” mərkəzi könüllüləri də iştirak ediblər. Könüllülər Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evinin binasında fəaliyyətini qismən bərpa etmiş rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi ilə tanış olublar.