Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsünə əsasən, Milli Mətbuat Günü münasibətilə 22-25 iyul tarixlərində nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunmuşdu. Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzi də bu təşəbbüsə qoşulub. Mərkəzdə uzun illər mətbuat sahəsində fəaliyyət göstərmiş jurnalistlər Fikrət Şahbazlı və Əlövsət Babayevin iştirakı ilə tədbir təşkil olunub.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi” mövzusunda tədbir keçirilib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə “Milli Mətbuat Günümüz” adlı tədbir təşkil edilib.

Saatlı rayonunda nəşr olunan “Dönüş” qəzetinin baş redaktoru Mahir Allahyarov və redaktor müavini, I Qarabağ müharibəsində tabor komandiri olmuş Əliağa Qurbanov Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Qonaqlar 1954-cü ildən çap edilən “Dönüş” qəzetinin müxtəlif illər üzrə bir neçə nömrəsini muzeyə hədiyyə ediblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon M.Ə.Sabir adına MKS-də əlamətdar günlə bağlı tədbir keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Zərdabi qəsəbə kitabxanası milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin adını daşıyan parkda sərgi təşkil edib. Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Əkinçi”dən düşən işıq” adlı onlayn tədbir keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Çobankol kənd Mədəniyyət evində “Əkinçi” 146” başlığı altında tədbir keçirilib. Oğuz rayon MKS-nin Qarabulaq və Baş Daşağıl kənd kitabxana filiallarında da əlamətdar günlə bağlı informasiya saatı təşkil olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ölkəmizdə mətbuatın davamlı inkişafı” başlıqlı onlayn tədbir keçirilib. Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qazax rayon Mədəniyyət Mərkəzi, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Qazax və Tovuz rayon MKS-lər də əlamətdar günlə bağlı tədbirlər təşkil ediblər.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı “Sözdən başlanan dünya” mövzusunda onlayn görüş keçirib. MKS-nin 7 saylı kitabxana filialı yazıçı-jurnalist, hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızı ilə görüş keçirib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsində “Əkinçi”dən düşən işıq” adlı virtual kitab sərgisi təşkil edilib.

N.MƏMMƏDLİ