Bu günlərdə Bolqarıstanın Russe şəhərində fəaliyyətinin 65 illiyini qeyd etməyə hazırlaşan Angel Kençev adına Universitetdə ilin yekunlarına həsr olunmuş konfrans keçirilib. 
      
   Avropanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin və Bolqarıstanın nüfuzlu təhsil işçilərinin qatıldığı konfransda Azərbaycan Turizm İnstitutunun müəllimi Qəribə Məmmədova da iştirak edib. Bu barədə ATİ-nin mətbuat xidmətindən qəzetimizə daxil olan məlumatda bildirilir ki, Q.Məmmədova toplantıda ingilis dilində “Müxtəlif sistemli dillərdə feldən düzələn sözlər” mövzusunda məruzə edib.
   Qəribə Məmmədova ona verilmiş imkandan istifadə edərək Heydər Əliyev Fondunun yardımı ilə Qarabağ haqqında nəşr edilmiş seriya nəşrlər və Xocalı faciəsinə həsr olunmuş 15 dəqiqəlik videomaterialla da tədbir iştirakçılarını tanış edib.