İtaliyanın ən turistik şəhərlərindən olan Venesiyaya yalnız bir günlüyə gələn əcnəbi qonaqlar əlavə giriş pulu ödəməlidirlər. Pilot layihə aprelin 25-dən etibarən bir ay müddətinə nəzərdə tutulub.
Məlumata görə, saat 8:30-dan 16:00-a kimi şəhərə giriş birgünlük 5 avroya başa gələcək. Qanunu pozanları 50 avrodan 300 avroya qədər cərimə gözləyir.
Şəhər rəhbərliyi bu yolla şəhərə turist axınını azaltmağa çalışır. Tənqidçilər isə bu layihənin iflasa uğrayacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Venesiyanda 50 mindən az insan yaşayır. Lakin hər il şəhəri təxminən 30 milyon turist ziyarət edir.
Rəsmi statistikaya görə, Venesiyaya gələnlərin üçdə ikisi şəhərə birgünlük gəlir və yerli iqtisadiyyata təsir gücü azdır.