2024-cü ilədək Türkiyənin turizm üzrə ziyarətçi hədəfi 61 milyona yüksəldilib. Daha öncə bu hədəf 60 milyon turist olaraq qeyd edilmişdi.
Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayı 18,3 faiz, ötən ilə nisbətən isə 8,7 faiz artıb. İlin doqquz ayı ərzində ölkə turizmdən 46,9 milyard dollar gəlir əldə edib.
Bu barədə məlumatları Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə cari ilin üçüncü rübündə turizm sahəsindən 23,2 milyard dollar gəlir əldə edib ki, bu da sahə üzrə rüb hesabı ilə ən yüksək rəqəmdir. Qeyd edilib ki, 2024-cü ildə Türkiyəyə gələn turistlər arasında Rusiya (5,5 milyon), Almaniya (5,2 milyon) və Böyük Britaniya (3,7 milyon) vətəndaşları ilk üçlükdə yer alır.