Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon orta ümumtəhsil məktəbləri arasında təşkil olunan “Ekologiyamızı qoruyaq – sağlam olaq” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, müsabiqənin qalibi olan şagirdlər və onların müəllimləri iştirak ediblər.

Qonaqlar öncə mərkəzin ekspozisiya zalında dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycanın hərtərəfli inkişafında oynadığı müstəsna xidmətləri özündə əks etdirən eksponatlarla tanış olublar.

Çıxışlarda bildirilib ki, təbiətin qorunması gələcək nəsillərin sağlam ekoloji mühitdə yaşaması üçün vacib əhəmiyyət kəsb edir.

Sonda qaliblərə mükafatlar təqdim olunub.