Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyə Milli Kitabxanası ilə əməkdaşlığı çərçivəsində dahi şairin yaradıcılığına aid 12 əlyazmanın rəqəmsal nüsxələri ölkəmizə gətirilib.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Əlyazmanın rəqəmsal nüsxələri Nizami Gəncəvinin 880 illiyi münasibətilə  kitabxana tərəfindən mərkəzə təqdim olunub.

Xatırladaq ki, avqustun 4-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş arasında görüş keçirilib. Görüşdə Nizami Gəncəvi və Yunus Əmrə irsinin Azərbaycan, Türkiyə və digər ölkələrdə təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.