Tanınmış uşaq yazıçısı və şairə Rəfiqə Məmmədova uzunmüddətli yaradıcılığına və ölkə ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri diplomuna layiq görülüb.
Diplomu yubilyara AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli təqdim edib. O, yazıçıya gələcək fəaliyyətində uğurlar arzulayıb.