İngiltərəli diyetoloq Tamara Uillner hesab edir ki, qidalanmada heç bir məhdudiyyət olmadan da arıqlamaq mümkündür.
“Daily Mail” nəşri mütəxəssisin “yeməyin tərkibi onun kaloriliyindən daha vacibdir” – sözlərini yada salmaqla, diyetoloqun fikrini əsaslandıran qənaətini xatırladır: “500 kilokalori şirniyyat və peçenye ilə 500 kilokalori toyuq və avokado arasındakı fərq ancaq görünüşdə ola bilər. Eyni kalorili məzmuna sahib olsalar da, toyuq və avokado bizə daha çox vitamin, mineral və lif verəcək”.
Uillner daha çox yeməklə arıqlamağın bir yolu olduğuna inanır. Bu, aşağı kalorili dietli qidaların daha çox kalorili olmasına baxmayaraq, daha sağlam alternativlərlə əvəz edilməsini tələb edir. Ekspert fikrini əsaslandırmaq üçün nümunələr göstərir: “Az yağlı (280 kilokalori) tort yerinə yarım avokado (161 kilokalori) yemək daha yaxşıdır və yaxud bir qaşıq qatıqla (410 kilokalori), yağsız südlü qəhvə və süni dadlandırıcı (40 kilokalori) əvəzinə adi südlü qəhvə (100 kilokalori) və şəkərsiz bir stəkan kola yerinə (0 kilokalori) bir stəkan süd (110 kilokalori) içmək”.