“Narimanfilm” studiyası “Doğma torpaq” bədii filminin ikinci hissəsinin çəkilişləri üçün hazırlıq dövrünə başlayıb.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Mindia Esadze, prodüseri Nəriman Məmmədovdur. Tarixi mövzulu film azərbaycanlıların Ermənistandakı tarixi yurdlarından qovulması, Xocalı soyqırımı və işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsindən bəhs edir.
Filmdə aktyorlar Rüstəm Cəbrayılov, Alina Vorontsova, Hacı İsmayılov, Orxan Abbasov, Azər Aydəmir, Rəşad Səfərov, Qorqud Cəfər, Əminə Abbasova və başqaları çəkilir.
Layihə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, “PAŞA Holding”, həmçinin “Gazelli Group”, İTV, “Caspian Marine Services”, “Azmade” və “Azersun” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.