“Samsung” şirkəti bütün dünya üzrə oğurluq televizorları bloklaya biləcək “TV Block” texnologiyasını təqdim edib.

Yeni funksiya təhlükəsizliyi təmin edəcək və televizorların oğurlanması hallarını azaldacaq. Qurğudan yalnız onun qanuni sahibləri malın alınmasını təsdiqləyən sənədə malik olduqda istifadə edə biləcəklər.

Şirkətdə bloklama mexanizmini izah ediblər: televizor internetə qoşulduqdan sonra xüsusi alqoritm qurğunun seriya nömrəsini oğurlanan, yaxud qeyri-leqal satılan məhsulların siyahısı üzrə yoxlayır. Nömrələr üst-üstə düşdükdə proqram televizorun ələ qeyri-qanuni keçdiyini müəyyənləşdirir, sonra isə onun bütün funksiyalarını avtomatik olaraq söndürür.

“TV Block” 2020-ci ilin iyulunda Cənubi Afrika Respublikasında mağazaların qarət edilməsindən sonra uğurla test olunub.