Sentyabrın 1-də 78-ci Venesiya Beynəlxalq Film Festivalı işə başlayıb. Festival ispan rejissor Pedro Almodovarın “Paralel analar” filmi ilə açılıb. Penelopa Kruzun iştirakı ilə çəkilən ekran işi əsas müsabiqə proqramında yer alıb. Ümumilikdə festivalın baş mükafatı – “Qızıl şir” uğrunda 21 film yarışır.

Açılış mərasimində italiyalı rejissor və aktyor Roberto Benini dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə “Müqəddəs Markın qızıl şiri” mükafatı ilə təltif olunub.  Amerikalı aktrisa Ceymi Li Kertis də fəxri “Qızıl şir”ə layiq görülüb.

Sentyabrın 11-dək davam edəcək festivalın münsiflər heyətinə Cənubi Koreya rejissoru Pon Çjun Ho rəhbərlik edir.