Yeni qanun 245 min nəfərə şamil olunub

 

Gürcüstan parlamenti pandemiya ilə bağlı vətəndaşlara tətbiq olunan cərimələrin silinməsinə dair qərar qəbul edib. Müvafiq qanun layihəsi hökumət tərəfindən təqdim edilib.

Parlament pandemiya dövründə tətbiq edilmiş məhdudiyyətlərin pozulması ilə əlaqədar haqlarında cinayət işi açılmış vətəndaşların əfvi, həmçinin onlara yazılmış cərimələrin ləğv edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Yeni qanuna əsasən, 245 min nəfərdən artıq fiziki və 344 hüquqi şəxsin cərimələri silinib.

Ümumilikdə silinən cərimələrin məbləği 76 milyon lari (təxminən 41 milyon manat) təşkil edir.