Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda “Assosiasiyalar forumu” adlı ənənəvi mədəniyyət tədbirində təmsil edib.

“Assosiasiyalar forumu” Parisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda təşkil olunub. Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən 200-dən çox stend qurulub.

Ölkəmizi təmsil edən ADFA-nın stendində Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri eləcə də milli şirniyyatlarımız təqdim olunub.

ADFA-nın stendini ziyarət edənlərə, o cümlədən tədbirin təşkilatçılarına assosiasiyanın fəaliyyəti, eləcə də ölkəmiz, tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumat verilib, kitablar hədiyyə edilib. Parisdə yaşayan diaspor nümayəndələrimiz də ADFA-nın stendini ziyarət ediblər.