Ölkəmizə səfər edən Qazaxıstan Parlamentinin aşağı palatası – Məclisin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Şuşa şəhərində olub.
Nümayəndə heyətini Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov müşayiət ediblər.
Şuşada qonaqlar Qala divarları, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi ilə tanış olub, Bülbülün Ev-Muzeyinə, Xalça Muzeyinə baş çəkib, Cıdır düzündə və İsa bulağında olublar. Məlumat verilib ki, 2020-ci il Vətən müharibəsində işğaldan azad edilən Şuşa şəhərinin tarixi-mədəni irsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətləri altında bərpa edilir.
Yolüstü Füzuli şəhərinə də gələn Qazaxıstan nümayəndə heyəti yeni inşa edilən aeroportla tanış olublar.