Vətən müharibəsi iştirakçılarının rəşadətli döyüş yolunu qələmə alan Sara Göyçəlinin “Qazilər” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində, birliyin sədrinin müşaviri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, şairə və jurnalist Nəsibə İsrafilqızının təşəbbüsü ilə təşkil olunub.

Mərasimin əvvəlində Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllif Sara Göyçəli çıxış edərək kitab üzərində yaradıcılıq prosesindən bəhs edib.

Qeyd edək ki, kitabda Vətən müharibəsinin ağır və rəşadətli döyüş yolu keçən 64 iştirakçısı haqqında söhbət açılır.