Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon MKS-nin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi – minilliyə hesablanmış addım” mövzusunda dəyirmi masa keçirilib.

Qazax rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər təşkil ediblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Növdün kənd kitabxana filialı tərəfindən açıq havada kitabxananın fonduna yeni daxil olmuş kitabların təqdimatı keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi, “ARB”, “ARB Günəş” və “EL” telekanallarının birgə layihəsi olan “Sözün sehri” şeir müsabiqəsinin ilk çəkilişlərinə başlanılıb.

Ağdaş rayon Mərkəzi Kitabxanasının oxu zalında şair Cabir Həsənovun “Bax dalınca gedən ömrün” kitabının təqdimatı keçirilib. Tədbirdə regional idarənin rəisi Səxavət Məmmədov, şairin qələm dostları, bədii qiraət ustaları iştirak ediblər.

Zərdab rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda tədbir təşkil edilib. Həmçinin “Dinimiz, mənəviyyatımız” başlığı altında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kitabxanaya hədiyyə etdiyi nəşrlərin təqdimatı keçirilib.