Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən "Dəf(i)nə yarpağı" müsabiqəsinin növbəti turuna start verib.

Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:

nəsr əsərləri – 20.000 işarəyə qədər; 

poeziya nümunələri – 100 misra;

hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;

bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur. Əsərlər 1 oktyabr – 20 dekabr tarixində  qəbul edilir.

Qaliblərin 2022-ci ilin martında elan olunacağı nəzərdə tutulur.

Müsabiqənin mükafat fondu

Nəsr üzrə

I yer – 2000 (iki min) manat

II yer – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

 

Poeziya üzrə

I yer – 2000 (iki min) manat

II yer – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

Ətraflı bu linkdə:

https://aztc.gov.az/az/posts/id:1290