Sentyabrın 29-da Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı şəhər Bülbül adına Musiqi məktəbi binasının təmirdən sonra açılışı olub və yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir təşkil edilib.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə məktəbin müəllim və şagird heyətinə uğurlar arzulayıblar.

Sonra qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub, şagirdlərin ifasında musiqi nömrələri dinləyiblər.
Vətən müharibəsində Saatlı rayonundan şəhid olan qəhrəmanların məktəbdə yaradılmış guşəsi qarşısında şagirdlər kompozisiya ilə çıxış ediblər.